AZ

“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində “RM Akademiyası” layihəsinin bağlanış mərasimi keçirilib

®“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində keçirilən “RM Akademiyası” layihəsinin yekun təlimləri və bağlanış mərasimi keçirilib.

Layihədə “PAŞA Bank”ın həm korporativ, həm də kiçik və orta sahibkarlıq bankçılığı üzrə çalışan müştəri menecerləri üçün satış və müştəri münasibətləri, məhsul və sənaye savadlılığı, kreditləşmə, maliyyə, makroiqtisadiyyat, risk, komplayns, kommunikasiya, komanda işi və “agile” iş prinsipləri mövzuları üzrə təlimlər həyata keçirilmişdir.

“RM Akademiyasının” bağlanış mərasimində “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev və “Boston Consulting Group” şirkətinin idarəedici direktor və partnyoru Matteo Radice akademiyanın ümumi məqsədləri və gözlənilən gələcək hədəfləri haqqında çıxış etdilər.

Tədbirin sonunda “RM Akademiyası” təlimləri ərzində aktiv iştiraklarına görə əməkdaşlar sertifikatlarla təltif olundular.

Seçilən
190
50
banker.az

10Mənbələr