AZ

“Ağadadaş dağ səbirli adamdır, vəziyyət hansı həddə çatıb ki...”

Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisə edib. Mübahisə zamanı müğənni əlindəki baltanı ona tərəf atıb. Hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına dəyib.

Yenisabah.az xəbər verir ki, A.Ağayevin yaxın dostu, şair Baba Vəziroğlu Bakupost.az-a açıqlamasında baş verən hadisəyə görə təəssüfləndiyini bildirib.

"Hadisədən xəbərsizəm. Ümid edirəm, yalan olar. Düzdür, Ağadadaş müəllim Binəqədi ərazisində yaşayır, bu hadisəyə inanmağım da gəlmir. O, xəstəliyinə görə heç içki də içmir. Bunu ondan heç gözləmirəm və inana bilmirəm. Görün vəziyyət hansı həddə çatıb ki, bu, baş verib. Ağadadaşs dağ səbirli adamdır", - o vurğulayıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
31
yenisabah.az

10Mənbələr