AZ

Xərçəngə tutulmaq istəmirsinizsə, bunları yeyin - Mütəxəssis bütün sirrləri açdı

"Qarpızı tumları ilə birgə yeyin. Qarpız, qırmızı rəng piqmentini verən likopen adlı karotenoid növünü çox ehtiva edən bir qida məhsuludur. Likopen, A vitamininə çevrilə bilməyən və çox güclü bir antioksidant olan karotenoid növüdür. Bədəndəki sərbəst radikallara qarşı mübarizə aparan və təsir göstərən likopen,bu xüsusiyyəti sayəsində oksidativ stressi azaldır və hüceyrələri xərçəngə qarşı qoruyur".

Bu sözləri Ednews - a özəl açıqlamasında qida mütəxəssisi Ağa Salamov söyləyib. O, bildirdi ki, pomidor, qarpız, itburnu, qreypfrut kimi qırmızı meyvələrdə olan likopen, başda prostat xərçəngi olmaqla bir çox xərçəng növünə qarşı qoruyucudur.

"Mövcud xərçəng xəstəliyinin inkişafını yavaşlatmaq, bədənin müdafiəsini gücləndirmək və müalicəni dəstəkləməkdə müsbət təsiri olduğu aşkar edilmişdir. Onlar həm də ürək qan damar sisteminə faydalıdır. Qarpızın tərkibindəki yüksək likopenin digər müsbət təsiri də ürək-damar xəstəliklərindən qorunmağa kömək etməsidir. Əhəmiyyətli bir bitki komponenti olan likopen,damarların elastikliyini saxlamağa və gücləndirməyə təsir göstərir. Bu xüsusiyyəti sayəsində damarlarda ateroma lövhələrinin əmələ gəlməsinin və tıxanmasının qarşısını alır, ateroskleroz kimi xəstəliklərdən qoruyur. Bundan əlavə, hipertoniyanın qarşısını almağa kömək edən likopen ürək-damar xəstəlikləri ilə mübarizə aparan fitonutrientdir. Dünyada ən çox ölümə səbəb olan xəstəliklər qrupunun ürək-damar xəstəlikləri olduğunu nəzərə alsaq, qarpız və digər likopen tərkibli qidaların müntəzəm istehlakının kifayət qədər faydalı olduğu görülür".

O, söylədi ki, qarpız həm də insanın gündəlik suya olan ehtiyacını da qarşılayaraq özünü ən münbit meyvələr siyahısında ilk sıralara qoyur:

"Gün ərzində istehlak edilən qidaların tərkibinə daxil olan su, ümumi suya olan ehtiyacın təxminən 20%-ni qarşılayır. Bundan əlavə, qarpız kimi yüksək su tərkibli bir qidanın istehlakı, gündə ən az iki litr su istehlakı ilə dəstəkləndiyi zaman bədənin nəm balansının qorunmasına da çox faydalıdır. Dərinin mütəmadi olaraq yenilənməsi, dəri sağlamlığının qorunması və dəri qüsurlarının qarşısının alınması üçün, dərinin ideal nəmliyini saxlamaq çox vacibdir. Qarpızın tərkibindəki yüksək su ,bu nəmliyin təmin edilməsini dəstəkləyir, qarpızdakı yüksək vitamin və mineral tərkibi isə dərini gözəlləşdirməkdə, quruluq və ekzema kimi problemlərin qarşısını almaqda da kömək edir. Qarpız tumlarının tərkibinin 80% -dən çoxu doymamış sağlam yağlardır. Qarpız tumları az kalorili olmaqla yanaşı, orqanizmin enerji səviyyəsini artırır. Qarpızı tumları ilə birlikdə yemək,sağlam yağların tövsiyə olunan gündəlik qəbulunun yarısını təmin etmək deməkdir.

Maqnezium ürək üçün həyati əhəmiyyət kəsb edir və qarpız tumları maqneziumla zəngindir.Həmçinin qarpız tumları qan təzyiqini tənzimləyə və metabolik funksiyaları artıra bilər.Buna görə də ürək xəstəliklərinin və yüksək təzyiqin qarşısını almaq üçün qarpızı tumları ilə birlikdə yemək tövsiyə olunur. Qarpız tumlarında olan amin turşusu və arginin, ürək-damar xəstəliklərinin müalicəsində kömək edir, həmçinin qan təzyiqini tənzimləyir. Bundan əlavə, qan damarlarının daha da daralmasının qarşısını alır. Ödəmi müalicə etmək üçün 1 çay qaşığı qurudulmuş və üyüdülmüş qarpız tumunu 1 çay qaşığı bal və 1 stəkan ilıq su ilə qarışdırıb gündə iki dəfə içmək lazımdır".

Aynurə İsmayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
24
ednews.net

10Mənbələr