AZ

Litva 2026-cı ildə alman briqadasını qəbul etməyə hazır olduğunu açıqlayıb

Litvanın 2026-cı ildə ölkədə daimi yerləşəcək Bundesver briqadasını qəbul etməyə hazırlaşmağa vaxtı olacaq.

 

Oxu24.com  xəbər verir ki, bu barədə respublika prezidentinin müşaviri Asta Skysgiryte bildirib.

 

“Mən şübhə etmirəm ki, Litvanın 2026-cı ilə kimi Bundesver briqadasını qəbul edib yerləşdirməyə hazır olacağına əminəm”. Onun sözlərinə görə, briqadanın yerləşdirilməsi üçün infrastrukturun tikintisinin gecikdirilməsi ilə bağlı şayiələr müttəfiqlərin Litvada olmasının əleyhdarları tərəfindən yayılır.

 

Bundan əvvəl Litvanın müdafiə naziri Laurinas Kasciunas bildirmişdi ki, Vilnüs əvvəlcədən planlaşdırıldığı kimi 2027-ci ilə qədər alman ordusunun əsgərlərinin yerləşdirilməsi üçün infrastrukturun tikintisini başa çatdırmağa vaxt tapmayacaq.

 

O əlavə edib ki, briqadanın yekun yeridilməsi 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində baş tuta bilər və yerləşdirmə Vilnüsə 800 milyon avroya başa gələcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
13
oxu24.com

10Mənbələr