AZ

Klinton Harrisə xəbərdarlıq etdi: "Bir-iki şey bilirəm"

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisə prezidentliyə namizədliyin çətinliyi ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, onun müraciətini "The New York Times" nəşr edib.

“Güclü qadın namizədin Amerika siyasətində cinsiyyətçilik və ikili standartlarla mübarizə aparmasının nə qədər çətin olduğu barədə bir-iki şey bilirəm”, - Klinton bildirib.

Klinton deyib ki, Harrisin seçki kampaniyasında qısamüddətli olmasına baxmayaraq uğur qazana bilməsinin səbəbi odur ki, o, yeni başlanğıcı təmsil edir. Həm də ümid və birləşdirici baxış təklif edə bilər. Dövlət Departamentinin keçmiş rəhbəri Harrisin istedadlı, təcrübəli və prezident olmağa hazır olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
19
publika.az

10Mənbələr