AZ

ABŞ-da kimin prezident seçiləcəyi bəlli oldu: “Simpsonlar” 2000-ci ildə deyiblər

Məşhur "Simpsonlar" cizgi serialının epizodlarından birində Kamala Harrisin ABŞ prezident seçkilərində qalib gələcəyi bildirilib.

Publika.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.

2000-ci ildə "Bart gələcəkdə" bölümündə Lisa Simpson 2030-cu ildə ABŞ prezidenti olur. Bununla belə, onun geyimi Harrisin 2021-ci il inauqurasiya görünüşünə uyğun gəlir. Xüsusilə, Liza bənövşəyi pencək geyinir və onun zinət əşyalarına iri ağ muncuqlar daxildir.

Cizgi serialının icraçı prodüseri Alfred Jean, Lisa və Harris arasındakı oxşarlıqları şərh edərək, "Simpsons proqnozlarının" bir hissəsi olmaqdan qürur duyduğunu vurğulayıb.

İyulun 23-də Harris rəsmən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını açıqladı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
publika.az

10Mənbələr