AZ

Azərbaycanda internet BAHALAŞIR - Bəs bu artış onun sürətinə təsir edəcəkmi? - ŞƏRH

Avqust ayının 15-dən ölkədə internetin sürətinin artacağı və tariflərinin 40 faiz bahalaşcağı bildirilir. Bundan əvvəlki illərdə sürətin yüksəldilməsi adıyla qiymətlər artırılsa da internetin keyfiyyətində görülən irəliləyiş olmayıb. Yəni vətəndaşların həmişə narazı qaldığı internet sürətinin birdən-birə 2.5 dəfə yüksəldilməsi ağlabatan deyil. 

Bəs, həqiqətən keyfiyyətli internetə zəmanət varmı? Ölkənin internet infrastrukturu buna imkan verirmi?

Məsələ ilə bağlı Ednews-a danışan İKT üzrə ekspert Elvin Abbasov Azərbaycanda internet provayderlərinin iş strukturu haqqında məlumat verib. Onun sözlərinə görə, ölkədə internet provayderləri məhz qazanc əldə etmək perspektivindən çıxış etdikləri üçün, keyfiyyət artımı pula da təsir edir:

thumb.jpg

“Azərbaycanda internet sistemləri beynəlxalq qrantlar əsasında deyil, özəl və dövlət provayderləri hesabına qurulur. Bu o deməkdir ki, bunu edən şirkətlərin hamısı koorperasiyadır, yəni qazanc məqsədi ilə yaradılıb. Onlar infrastrukturu yaxşılaşdırır və daha yaxşı internet şəbəkəsi yaradırlar ki, daha çox qazansınlar. Seçim hüququna gəldikdə isə, bunu deyə bilərəm ki, sürətli internetdən söhbət gedirsə ən aşağı 25 meqabit nəzərdə tutulur. Amma, əslində bu da bir şəxs üçün hesablanmış bir standartdır. Azərbaycanda insanlar tez-tez şikayət edirlər ki, internet zəifdir, yaxşı işləmir. Lakin, müşahidə edəndə bəzi məqsədəuyğun olmayan hallarla rastlaşırıq. Misal üçün, görürük ki, dörd nəfərdən ibarət aktiv internet istifadə edən bir ailədə aşağı limitli paketlər seçilir, buna görə də insanlar internetdən şikayətçi olur. bir çoxları bu məsələyə statistik perspektivdən yanaşmır.

Ölkədə həm özəl, həm də dövlət internet provayderləri elan ediblər ki, internet paketi siyasəti dəyişəcək. Bu dəyişimdən öncə 18 manata 40 meqabit internet alınırdı, bu o deməkdir ki, bir meqabit 45 qəpiyə düşür. Yeni siyasətdən sonra bu 25 manata 100 meqabit kimi dəyişilib. Bu halda isə meqabit başına 25 qəpik düşür. Bu o deməkdir ki, internet qiyməti azalır. Lakin, nəticədə vətandaş daha çox ödəməli olur. Hər bir cəmiyyətdə bu cür dəyişikliklər radikal qarşılansa da, bu qərarın uğura gedən bir yol olacağına inanıram.”

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
ednews.net

10Mənbələr