AZ

Messi - ara ötürmələrinin sayı üzrə son iki mövsümün rekordçusu

“İnter Mayami”nin argentinalı kapitanı, ulduz hücumçu Lionel Messi ara ötürmələrinin sayı üzrə son iki mövsümün Avropa rekordçusudur.

Arena.az “Whoscored” dərgisinə istinadən məlumat verir ki, 2023-cü ilin yayından MLS-də çıxış edən argentinalı ulduz hələ PSJ-də oynadığı müddətdə nail olduğu nəticə – 37 ara ötürməsi ilə müvafiq göstəricidə liderliyini sürdürür.

Bu göstərici üzrə 2-ci yerdə “Mançester Yunayted”in portuqal hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes (35) qərarlaşıb.

İlk üçlüyü isə 32 ara ötürməsi ilə “Arsenal”ın norveçli yarımmüdafiəçisi Martin Edeqor tamamlayır.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
3
arena.az

10Mənbələr