AZ

Luis Suares Lionel Messinin səhhəti ilə bağlı sualı cavabladı

“İnter Mayami”nin uruqvaylı hücumçusu Luis Suares komanda yoldaşı, argentinalı hücumçu Lionel Messinin zədəsi ilə bağlı sualı cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən, uruqvaylı futbolçunun bu barədə cavabını təqdim edir:

“Hər kəs “Leo”nun bu kluba, milli komandasına və meydanda olmaq istəyinə nə qədər bağlı olduğunu bilir. Hər gün o, hamımızın onu görmək istədiyi meydana qayıtmasına doğru yaxınlaşır”, deyə Luis Suares bildirib.

Xatırladaq ki, Lionel Messi iyulun 15-də Kolumbiya yığması ilə Amerika Kubokunun final oyununda (əlavə vaxtda 1:0) topuğundan zədə almış və oyunun 64-cü dəqiqəsində əvəzlənmişdi. Hazırda argentinalı ulduz futbolçu zədəsini sağaltmaqla məşğuldur.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı Lionel Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
4
arena.az

10Mənbələr