AZ

“İsrail Livanla müharibəyə hazırdır” – Səfir açıqladı

 İsrail Livanla müharibəyə hazırdır, lakin genişmiqyaslı silahlı münaqişəyə can atmır və diplomatik səylərə ümid edir.

 Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin Rusiyadakı səfiri Simone Halperin bildirib.

 Halperin etiraf edib ki, İsrail “şimal cəbhəsində genişmiqyaslı müharibəyə məcbur olacaq”.

 Onun sözlərinə görə, ölkəsi hadisələrin belə inkişafına "tamamilə hazırdır". 

İyulun 18-də İsrailin müdafiə naziri Yoav Qalant İsrail qoşunlarının Livana “sürətli, gözlənilməz və çox kəskin” zərbə endirməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda, Qalant əlavə edib ki, İsrail danışıqlara açıqdır. 

ElcanMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
6
missiya.az

5Mənbələr