Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” qanunda edilən dəyişikliyi təsdiqləyib.
Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.
Telegram kanalımız