AZ

Hərbi hissə komandiri barəsində həbs qətimkan tədbiri seçildi


N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.
Bildirilir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.
Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilir ki, Samir Həziyev Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.
Həmçinin qeyd edək ki, hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumatı APA təsdiqləyib.
Seçilən
81
30
yeniavaz.com

10Mənbələr