AZ

Yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Qulubəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Ətraflı

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FORD" markalı yük avtomobili ilə "VOLKSWAGEN" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və yük avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1990-cı il təvəllüdlü Məmmədov Atamoğlan Lazım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
15
milli.az

10Mənbələr