Fələstin tərəfdarları Vaşinqtonda Netanyahunun qaldığı oteldə xaos yaratmağa cəhd ediblər.
interpress.az xəbər verir ki, sosial şəbəkələrdə Fələstin tərəfdarlarının Vaşinqtonda İsrailin baş naziri Netanyahunun qaldığı otelə girib orada xaos yaratdığı iddia edilən video yayılıb.
Nümayişçilər otelin hər tərəfinə qurdlar, tarakanlar buraxıblar və yanğın siqnallarını işə salıblar.
Qeyd edək ki, bu gün Netanyahu ABŞ Konqresində çıxış edəcək. CNN-in məlumatına görə, 86 demokrat onun çıxışını boykot etmək niyyətində olduqlarını bildiriblər.
Bundan əlavə, Konqresin yerləşdiyi Kapitoli ərazisində yolların bağlanması və polisin iştirakı artır.
Xuraman Etibarlı
İnterpress.az