Naxçıvan, 25 iyul, AZƏRTAC
Naxçıvanın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 110/35 kV Xal-Xal yarımstansiyasından qidalanan 35 kV Kərimbəyli hava xəttində təmir işləri ilə əlaqədar olaraq 35/10 kV Kərimbəyli yarımstansiyasından qidalanan Hacıvar, Badaşqan, Yarımca, Kültəpə, Kərimbəyli, Zeynəddin, Sirab, Kalbaoruc, Qaraqala, Məmmədrza Dizə, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Nəhəcir və Göynük kəndlərində saat 13:00-dan saat 14:00-a dək elektrik enerjisinin verilişində fasilələr yaranacaq.