AZ

"Trampa atəş açan Con Kennedinin qətlinin detallarını öyrənib" - ABŞ Federal Təhqiqat Bürosu

 
"Cinayətkar mitinqdən iki saat öncə 11 dəqiqə havada olan dronun köməyilə ərazini öyrənib..."
 
FTB Trampın həyatına sui-qəsdin şokedici təfərrüatlarını açıqlayıb
 
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə komitəsində dinləmələrdə çıxış edərkən Donald Trampa sui-qəsdin təfərrüatlarını bölüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
 
O cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin sözlərinə görə, 20 yaşlı Tomas Mettyu Kruks ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən güllələnməzdən öncə Tramp istiqamətində səkkiz güllə atmağa macal tapıb.
 
Kruks sui-qəsd üçün atasından aldığı AR tipli yarımavtomat tüfəngdən istifadə edib.
 
Kruksun avtomobilindən iki partlayıcı qurğu tapılıb, biri də evində olub. Reyin sözlərinə görə, bu partlayıcı qurğular məsafədən aktivləşdirilə bilərdi.
 
Lakin əgər cinayətkar onları olduğu damdan partlatmağa cəhd göstərsəydi, bu, dəyişdirici açarın düzgün yerləşməməsi səbəbindən işləməzdi.
 
Həmçinin müəyyən edilib ki, Trampın mitinqindən təxminən iki saat öncə cinayətkar dronun köməyilə ərazini öyrənib. 
 
Dron təxminən 11 dəqiqə havada olub və müstəntiqlər güman edir ki, Kruks öz telefonunda drondan çəkilən videoya baxıb.
 
Bundan başqa, FTB analitikləri cinayətkarın noutbukunu öyrənib və müəyyən edib ki, sui-qəsddən öncə 1963-cü ildə Li Harvi Osvaldın prezident Con Kennediyə hansı məsafədən atəş açdığını aydınlaşdırmağa cəhd edib.
 
Belə məlumatı Kruks Trampın Pensilvaniyada çıxışının tarixinin elan edildiyi gün, iyulun 6-da əldə etməyə çalışıb.
 
Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin sözlərinə görə, hələlik istintaq baş vermiş insidenti qətl məqsədilə sui-qəsd və potensial daxili terrorçuluq kimi nəzərdən keçirir.
 
Bu zaman Rey bəyan edib ki, Kruksun cinayətinin motivləri hələ də müəyyən edilməkdədir və xəbərdarlıq edib ki, "hazırda görkəmli dövlət adamı olmaq üçün təhlükəli zamandır".
 
Xatırladaq ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa hücum iyunun 13-də törədilib. 
 
Hücum nəticəsində tamaşaçılardan bir nəfər, Kopi Komparatore həlak olub, daha iki nəfər-Devid Datç və Ceyms Kopenheyver ağır yaralanıb, amma vəziyyətləri sabitdir. Tramp sağ qulağından yüngül xəsarət alıb.
 
Dünən baş verənlərin tədqiqatı fonunda ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl istefa ərizəsi yazıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
moderator.az

10Mənbələr