AZ

Qriqoryan Azərbaycanla normallaşma prosesini müzakirə etdi

İyulun 25-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və son hadisələri müzakirə ediblər.

Təhlükəsizlik Şurasının katibi Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhün bərqərar olunmasına sadiqliyini bir daha təsdiqləyib.

Ağarza Elçinoğlu 

Seçilən
150
50
unikal.az

10Mənbələr