AZ

Əli Əsədov Kadir Özkaya ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub.

Eyni zamanda məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib.

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub.

İki ölkənin konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev görüşdə iştirak edib.

Seçilən
76
47
demokrat.az

10Mənbələr