AZ

8 nəfər şaurmadan zəhərləndi

Rusiyanın Krasnoyarsk diyarının cənubundakı Minusinsk şəhərində 8 nəfərin şaurma yedikdən sonra həkimə müraciət edib.

Bu barədə Rospotrebnadzor departamentinin məlumatında deyilir.

Müayinələr zamanı onların hamısının zəhərləndiyi məlum olub.

Şaurmanın satıldığı kafedə sanitariya-epidemioloji araşdırmaya başlanılıb, araşdırma zamanı ərzaq məhsullarından və xammaldan nümunələr götürülüb, şəxsi heyət yoxlanılıb.

Nəticədə kafedə qanun pozuntuları aşkar edilib. Məhsulların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər, qida məhsullarının üzərində etiketlər olmayıb, kafedə vaxtaşırı təmizlik işləri aparılmayıb. Sanitariya qanunvericiliyinin tələblərinə cavab verməyən, ümumi çəkisi 370 kq-dan çox olan bütün ərzaq məhsulları satışdan çıxarılıb.

Məhkəmənin qərarı ilə kafenin fəaliyyəti 90 günlük dayandırılıb./report


Seçilən
62
9
news24.az

10Mənbələr