AZ

İsrail ordusu 22 fələstinlini əsir götürüb

İsrail ordusu İordan çayının qərb sahilində 22 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətdən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə basqınlarını davam etdirdiyi qeyd edilib.

Açıqlamada İsrailin son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində basqınlar təşkil etdiyi, İsrail əsgərlərinin dünən axşam saatlarından etibarən İordan çayının qərb sahilində ən az 22 fələstinlini əsir götürdüyü bildirilib.

Saxlanılanlar arasında bir uşaq, bir jurnalist və əvvəllər azadlığa buraxılanların da olduğu bildirilib.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayı 9800-ə çatıb.


BiG.Az
Seçilən
141
6
big.az

10Mənbələr