“Neftçi” transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, tezliklə “ağ-qaralar”ın sıralarına yeni əcnəbi futbolçu cəlb olunacaq.
Söhbət “Çernomorets”in (Odessa) ukraynalı cinah oyunçusu Andrey Ştoqrindən gedir. 25 yaşlı futbolçunun “Neftçi”yə keçməyə yaxın olduğu bildirilir.
Ştoqrin ötən mövsüm 30 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun “Çernomorets”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Ukraynalı həm sağ, həm sol cinah vingeri, həm də mərkəz hücumçusu mövqeyində oynamağı bacarır.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta