AZ

40 il əvvəl istehsal olunan "Coca-Cola"nı içdi

Yaponiyanın Kita dağında bir alpinist 40 il əvvəl istehsal olunan açılmamış "Coca-Cola" bankası tapıb və onu içib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Tori-çan kimi tanınan şəxs, açılmamış qutunu dağ cığırında qarda tapıb. Üzərini oxuduqdan sonra onun 1980-ci illərdə istehsal edildiyini müəyyən edib.

Kişi evdə köhnə bankanı açarkən özünü videoya çəkib. O qeyd edib ki, içki öz rəngini və karbonatını saxlaya bilib. Tori-çan deyib: "Mən qəribə mayenin çıxacağını gözləyirdim, amma adi kola kimi görünürdü, ona görə də içdim".

Onun sözlərinə görə, 40 yaşlı "Coca-Cola"nın dadı tamamilə adi olub və bu, onu təəccübləndirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
58
4
milli.az

5Mənbələr