“Arsenal” PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, “topçular” artıq 28 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Fransa klubu ilə danışıqlara başlayıb.
Ruis 2022-ci ildən PSJ-də çıxış edir. Komanda ilə birlikdə iki dəfə Fransa çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.
Yarımmüdafiəçi daha əvvəl “Napoli”, “Elçe” və “Betis”də çıxış edib.