AZ

Kuleba: Heç kim Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilməz

Rusiya ilə sülh danışıqlarının aparılması məsələsində heç kim Ukraynaya təzyiq göstərə bilməz.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba TCH telekanalına müsahibəsində deyib.

“Heç kim bizi danışıqlara məcbur edə bilməyəcək və bu, mümkün deyil. Hər hansı qərarı biz özümüz qəbul edəcəyik”, - deyə Kuleba Cinin xarici işlər naziri Van İ ilə danışıqlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukraynaya silah və maliyyə yardımı edən Qərb tərəfdaşları da Kiyevə bu məsələdə təzyiq göstərmirlər. Onlar həmişə açıq şəkildə deyirlər ki, kiminlə, nə vaxt və hansı formatda danışıqlar aparacağına Ukrayna özü qərar verəcək.

Bundan əvvəl XİN rəhbəri çinli həmkarına Rusiya ilə danışıqların mümkünlüyü barədə konkret nə dediyini Rada telekanalında izah edib: “Ukrayna “Rusiya ilə danışıqlar aparmağı əsla istisna etmir, lakin bunun üçün hələlik heç bir şərait yoxdur”.

Seçilən
105
50
ikisahil.az

10Mənbələr