AZ

ATU-NUN DOSENTİ REDAKTOR SEÇİLİB

Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasının dosenti Rəhimə Qabulova nüfuzlu beynəlxalq təşkilat olan Avropa Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya Assosiasiyasının rəsmi nəşrinin redaktoru seçilib.

Qeyd edək ki, Assosiasiyanın yüksək reytinqli (impact factor 8.4) “European Journal of Preventive Cardiology” jurnalı ürək-damar xəstəliklərinin səbəbləri və qarşısının alınması, ürək-damar reabilitasiyası və məşq fiziologiyası ilə bağlı bütün elmi, klinik və ictimai səhiyyə fənlərini əhatə edir. Avropa Kardiologiya Cəmiyyətinin Preventiv Kardiologiya Assosiasiyası (ESC) ürək-damar təbabəti üzrə ən yaxşı təcrübələri toplayıb dünyaya paylayan qurumdur.

Assosiasiya dünyanın hər yerindən 30-a yaxın qurumu, milli kardioloji cəmiyyətləri, o cümlədən fərdi olaraq kardiologiyanın bütün sahələrində çalışan alimləri, həkim və tibb bacılarını birləşdirir. Ümumilikdə 100 minə yaxın peşəkarı bir araya gətirən ESC şəbəkəsi ürək-damar xəstəliklərinin təsirini azaldılması istiqamətində müxtəlif fəaliyyətlər ortaya qoyur. ATU təmsilçisinin də bu nüfuzlu qurumda təmsil olunması, ESC-nin rəsmi nəşrinin refdaktoru seçilməsi Azərbaycanın ürək-damar xəstəliklərinin müalicəsi sahəsində əldə etdiyi nəticələi təqdim etməyə imkan verir.

 

Seçilən
72
tehsil.biz

1Mənbələr