AZ

Son günlər qlobal temperatur rekordları qırılır

“Yer kürəsində milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üz-üzədir”.BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş brifinqdə bildirib.“Bu, görünməmiş istilik həftəsi idi”, - o qeyd edib.Quterreş xatırladıb ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik ilkin olaraq 21 iyul bazar gününü tarixdə ən isti gün elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda keçib. Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırıb.BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti səbəbindən “daha isti və hamı üçün daha təhlükəli” olur.

Seçilən
40
5
baku.news

6Mənbələr