Danimarkalı velosipedçi Solbyörk Minke Anderson Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını buraxacaq.
“İki sahil” xəbər verir ki, buna idmançının xəsarət alması səbəb olub.
Andersounun körpücük sümüyü zədələnib. Danimarkada magistral yolda məşq edən zaman velosipedçini avtomobil vurub.
O, qrup yarışında Danimarka komandasının heyətində yer almalı idi. İdmançını Rebekka Kerner əvəzləyəcək.