AZ

Pepe karyerasını başa vurur

style='margin-bottom:10px;'>

Portuqaliyalı müdafiəçi Pepe futbolçu karyerasını bitirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qalettin məlumat yayıb. 

Səudiyyə Ərəbistanı klubları azad agent statusunda olan oyunçunu transfer etməkdə maraqlıdır. Lakin 41 yaşlı futbolçu peşəkar karyerasını başa vurmağa meyllidir.

Daha əvvəl Pepe ilə İspaniya “Selta”sının maraqlandığı haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, Pepenin son klubu “Portu” olub. Futbolçu 2019-cu ilin yanvarında azad agent kimi "Beşiktaş"dan Portuqaliya klubuna keçib. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
15
6
teleqraf.com

7Mənbələr