23 İyul tarixində keçirilən 2 hərracın nəticələri açıqlanıb.
Ləğv prosesində olan bankın torpaqları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 23-də keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi və 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.
Belə ki, Lənkəran rayonunda yerləşən "Port İliç Xidmət" ASC-nin nominal dəyəri 2 manat olan 25 698 ədəd səhmi satılıb. Hərraca satışa çıxarılan səhmlərin yekun satış qiyməti 25 698 manat təşkil edib.
Nəqliyyat vasitələrinə gəlincə buraxılış ili 1986-2019-cu illər arası dəyişən və start qiyməti 4 500 – 2 200 000 manat olan nəqliyyat vasitələri özəlləşdirilib.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Daha detallı aşağıdak cədvəldə :
№ | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | "Azərbaycan Hava Yolları" QSC | ATR 72-500 markalı, ATR-42/72 hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator | \ | 2010 | 2200000 | 2200000 | 20/24 27.05.2024 |
2 | Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi | "B-98" layihəli "Vixr" tipli gəmi | \ | 1986 | 900000 | 900000 | 20/24 27.05.2024 |
3 | Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) | Nissan Sunny minik | 10 AH 547 | 2007 | 5000 | 5750 | 20/24 27.05.2024 |
4 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | Citroen C 5 minik | 90 PB 515 | 2013 | 7000 | 7000 | 20/24 27.05.2024 |
5 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | Khazar Peugeot minik | 10 AO 758 | 2019 | 4500 | 4500 | 20/24 27.05.2024 |
6 | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi | PAZ 32054 avtobus | 10 AO 397 | 2008 | 6500 | 6500 | 20/24 27.05.2024 |
7 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | QAZ-2705-18 Yük | 90 JC 039 | 2007 | 4500 | 4500 | 20/24 27.05.2024 |