AZ

Qida zəhərlənmələrindən qorunmaq üçün nələrə əməl etmək lazımdır?

Bakı. Trend:

Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən birhaldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüfedilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, zəhərlənmələrəmikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrləçirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistikrəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminindəbaş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qidahazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etməklazımdır:

- Əllər yemək hazırlamazdan öncə, əsasən də çiy qidalarlatəmasdan sonra yaxşıca yuyulmalıdır;

- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy qidalarla (çiyət, quş əti, balıq, çiy yumurta və tərəvəz) təmasdan sonra yaxşıcatəmizlənməlidir;

- Yemək hazırlayarkən əldə hər hansı bir yara varsa, sarğı iləbağlanmalıdır;

- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiyistehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğramalövhələrindən və bıçaqlardan istifadə edilməlidir.

Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
8
az.trend.az

9Mənbələr