Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin 1,5 milyard avrosunu Ukraynaya göndərib.

İndex.az xəbər verir ki, Aİ-nin Ukraynanın tərəfində olduğuna diqqət çəkən Von der Leyen açıqlamasında bildirib ki, Rusiyanın dondurulmuş varlıqlarından əldə edilən 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsi və yenidən qurulması üçün Ukraynaya göndərib.

Von der Leyen, Kremlin pullarının Ukraynaya göndərilməsinin əhəmiyyətli bir simvol olduğuna diqqət çəkərək, bunun Ukrayna və Avropanı daha təhlükəsiz hala gətirəcəyini bildirib.

Qeyd edək ki, Aİ ölkələri müharibə səbəbiylə Rusiya Mərkəzi Bankının təxminən 200 milyard avrosunu dondurub.