Demokrat.az xəbər verir ki, qonağı salamlayan Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin də geniş perspektivləri var. Eyni zamanda mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, hökumətlərarası komissiyanın iyulun 25-də gerçəkləşən iclasını yüksək qiymətləndirib.
Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib.
Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.
10Mənbələr
-
manset.azAzərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşdü - FOTO ( 9155236)
-
korrespondent.azAdil Kərimli serbiyalı həmkarı ilə görüşüb - FOTO ( 9142102)
-
publika.azAzərbaycanın mədəniyyət naziri serbiyalı həmkarı ilə görüşdü ( 9138502)
-
teleqraf.comAdil Kərimli serbiyalı həmkarı ilə görüşdü – Foto ( 9138454)
-
sfera.azAdil Kərimli serbiyalı həmkarı ilə GÖRÜŞDÜ ( 9138310)
-
demokrat.azAdil Kərimli həmkarı ilə görüşdü — FOTOLAR ( 9138286)
-
demokrat.azMədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşdü — FOTOLAR ( 9137503)
-
xalqqazeti.azAzərbaycan ilə Serbiya arasında mədəni əlaqələrin geniş perspektivləri var ( 9135868)
-
ikisahil.azAdil Kərimli serbiyalı həmkarı ilə görüşüb ( 9135760)
-
azertag.azAzərbaycan ilə Serbiya arasında mədəni əlaqələrin geniş perspektivləri var ( 9135610)