AZ

Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib

Bakı. Trend:

Aİ Şurası Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstanüzrə yeni xüsusi nümayəndəsi təyin edib.

Trend bubarədə Aİ Şurasına istinadən xəbər verir.

Qrono bu vəzifədə 6 ildən çox çalışan və səlahiyyət müddətiavqustun 31-də bitən Toivo Klaarı əvəz edəcək.

O, öhdəliklərinin icrasına 2024-cü il sentyabrın 1-də ilkinolaraq 12 ay müddətinə başlayacaq.

Aİ Şurasının məlumatlarına görə, Qrono "BMT və ATƏT ilə sıxkoordinasiya şəraitində münaqişələrin sülh yolu ilə həllinə, ocümlədən Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasıprosesinə" töhfə verəcək.

"Qrono Aİ-nin yeni nümayəndəsi olaraq regionda Aİ-nin xaricisiyasət məqsədlərinin icrasına öz töhfəsini verməklə, sələflərininişini davam etdirəcək. O, regionda əsas maraqlı tərəflərləqarşılıqlı fəaliyyət göstərəəck və hökumətlər, parlamentlər, digərmühüm siyasi subyektlər və vətəndaş cəmiyyəti ilə təmasları inkişafetdirəcək, ortaq maraq kəsb edən regional mövzular üzrə əməkdaşlığıtəşviq edəcək və asanlaşdıracaq", - Aİ Şurasının bəyanatındadeyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Seçilən
109
2
az.trend.az

4Mənbələr