AZ

Rusiyada ordu generalı həbs edildi

Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Dmitri Bulqakov saxlanılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FSB) iyulun 26-da yaydığı məlumatda deyilir.

Bildirilir ki, sabiq nazir müavini hazırda Moskvadakı “Butırka” istintaq təcridxanasındadır. 

Ordu generalının həbs səbəbi barədə açıqlama verən Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, müttəhimə qarşı korrupsiya cinayəti ilə bağlı iş araşdırılır və o bu səbəbdən də həbs edilib.

O xatırladıb ki, Bulqakov 2008-2022-ci illərdə Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

"İşdə iştirak edən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır", - Petrenko yekunlaşdırıb.

İstintaq Komitəsi keçmiş müdafiə nazirinin müavininin həbsinin digər təfərrüatlarını açıqlamayıb.

Mürtəza
Ölkə.Az

Seçilən
168
50
olke.az

10Mənbələr