Paşinyan Türkiyə ilə sərhəddə keçid məntəqələrini yeniləyir
Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinə baş çəkib. Bu barədə Ermənistan KİV məlumat verib.
Baş nazir Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın müşayiəti ilə sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub və əraziyə baxış keçirib.
Keçid məntəqəsi bir neçə ay əvvəl tamamilə modernləşdirilib və yeni avadanlıqla təchiz edilib.
www.anews.az