Xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, tərəflər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər rəhbərlərinin növbəti iclası çərçivəsində bir araya gəliblər.
Görüş zamanı ikitərəfli əlaqələr, iqtisadi məsələlər və enerji sahəsində əməkdaşlıq müzakirə olunub.
Görüşdə həmçinin Ukraynadakı müharibə, Qəzzada baş verənlər, Suriyadakı vəziyyət və digər regional məsələləri də qiymətləndirilib.