Rusiyanın ASTRA Teleqram kanalı fövqəladə hallar xidmətindəki mənbələrə istinadən xəbər verir ki, müvəqqəti olaraq işğal olunmuş Krımda Saki aerodromuna endirilən zərbə nəticəsində işğalçıların radarı məhv edilib, iki rus əsgəri yaralanıb: “Bu gecə Ukrayna Silahlı Qüvvələri Saki rayonundakı Novofedorovka hərbi aerodromunun ərazisində ATACMS-la zərbə endirib, nəticədə iki hərbçi yaralanıb.
Bundan əlavə, ATACMS raketinin Rusiyanın Saki rayonunun Şelkoviçnoye kəndindən 5 km aralıda yerləşən hava hücumundan müdafiə məntəqəsini vurduğu da bildirilir: “Nəticədə radar qurğusu məhv edilib, mənbələrə görə, Ukrayna Silahlı Qüvvələri Krımı 4 ATACMS raketi ilə vurub, onlardan ikisi zərərsizləşdirlib”.
//Samir Qurbanov, Editor.az