Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Çin münaqişədə nə Ukraynanın, nə də Rusiyanın tərəfini tutmayıb, yalnız öz maraqlarını güdüb.
Dmitri Kuleba deyib: “Çinin Rusiyanın və ya Ukraynanın tərəfini tutacağını düşünənlər tamamilə yanılırlar''.
Ukraynalı nazir bəyan edib ki, Çinə son rəsmi səfəri zamanı Ukrayna-Çin münasibətləri, iqtisadiyyat və ticarət məsələləri müzakirə olunub.
D.Kuleba Çin rəsmilərinin Ukrayna ilə münasibətlərini Rusiya ilə münasibətlərindən, Ukrayna-ABŞ əlaqələrindən və müharibədən asılı olmayaraq qiymətləndirdiklərini açıq şəkildə ifadə etdiklərini bildirib.
Ukraynanın xarici işlər naziri həmçinin bəyan edib ki, Çin Ukraynanı müstəqil Avropa ölkəsi kimi görür.