AZ

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 15 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qəndil, Asos, Qara və Hakurk bölgələrində 11 PKK terrorçusu ilə Suriyanın şimalındakı ''Fərat qalxanı'' bölgəsində aşkar edilən 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.

Seçilən
24
4
sia.az

7Mənbələr