Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.
Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.