"Çelsi"nin müdafiəçisi Malanq Sarr karyerasını Fransada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, 25 yaşlı müdafiəçi "Lans"a keçib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisi fransalı futbolçu ilə 2026-cı ilin iyuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Malanq Sarrı 2020-ci ilin yayında "Nitsa"dan "Çelsi"yə keçmişdi.