“Şamaxı” yay təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, komandanın rəqibi Küveytin “Əl-Yarmuk” klubu olub.
Oyun Ayxan Abbasovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində yeni transfer Conatan Benteke dublla yadda qalıb.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəl "Kəpəz" (2:1), "Pelikan"la (5:0) və "Cəbrayıl"la (4:0) keçirdiyi yoxlama görüşlərində də qələbə qazanıb.
İdman.biz