AZ

“YouTube” 200-dən çox Rusiya kanalını bloklayıb”- “Roskomnadzor”

“Roskomnadzor”un tələblərinə baxmayaraq, “Google” Rusiya qanunvericiliyini pozmaqda davam edir və ölkəmizə hörmətsizlik edir.

Azpost.info xəbər verir ki, bu barədə “Roskomnadzor”un mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, “YouTube” 200-dən çox Rusiya kanalını bloklayıb və iyulun 10-da “Google”un baş ofisinin direktoruna blokun açılması ilə bağlı növbəti tələb göndərilib.

“Heç bir cavab almamışıq. Rusiya məhkəməsi son üç il ərzində “Google”dan 25 milyard rubldan çox pul geri alıb. Amma bu tədbir də kömək etmədi.”, – mətbuat xidməti qeyd edib.

Azpost.info

Seçilən
62
azpost.info

1Mənbələr