AZ

“Kəpəz” sonuncu sınaq matçından qalib ayrıldı

Yeni mövsümə hazırlaşan "Kəpəz" bu gün sonuncu yoxlama oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, "sarı-göylər" klubun məşq mərkəzində "Pelikan" ilə qarşılaşıblar. Matç Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkoça və Əli Səmədov fərqlənib. Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.

Qeyd edək ki, "Kəpəz" bunadək 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub, "Əl-Yarmuk"a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.

Seçilən
67
7
football-plus.az

10Mənbələr