ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ağ Evin keçmiş rəhbəri Donald Trampı bir müddət əvvəl baş vermiş sui-qəsd cəhdinə görə dindirəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Tramp zərərçəkmiş qismində çıxış edəcək. Məlumata görə, FTB əməkdaşları mitinq zamanı baş verənlərlə bağlı onun versiyasını dinləmək niyyətindədirlər.