AZ

Kanada millisi rəqiblərini casus dronlarla İZLƏDİ

Kanada Futbol Assosiasiyasının baş direktoru Kevin Blu etiraf edib ki, ölkə millisi digər komandaları izləmək üçün dronlardan istifadə edib.

“Mən bu məsələ ilə bağlı nə qədər çox məlumat əldə edirəmsə, bu cür hadisələrin sistemli xarakterindən bir o qədər çox narahat oluram. Bu, tamamilə yolverilməzdir. Mən Amerika Kuboku zamanı dronlardan istifadə etmək cəhdindən xəbərdaram”, – deyə o bildirib.

KONKRET.az championat.com-a istinadən xəbər verir ki, Blu açıqlamasında Kanada Futbol Assosiasiyasının daxili araşdırma apardığını vurğulayıb.

Qeyd edək ki, 2024-cü il Amerika Kubokunda Kanada seçməsi Argentinaya 0:2 hesabı ilə yarımfinalda uduzub. Şimali amerikalıların bu mərhələyədək gəlib çatması böyük uğur kimi qiymətləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
konkret.az

3Mənbələr