“Doğma ancaq bir nəfər idi, o da getdi, dünyasını dəyişdi. Ata haqqında oxuya da bilmirəm. Ürəyim gəlmir. Oxumalıydımsa, sağlığında oxumalıydım. Qəbullana bilmirəm. Nəfəsim gedib-gəldiyi ərəfədə atam yaşayacaq”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə dadaşova “Qonaqcanlı” verilişində deyib. Sənətçi atası, mərhum Xalq artisti Rafael dadaşovdan danışıb. O bildirib ki, bu günə qədər atası haqda mahnı oxumayıb.
S.Dadaşova atası ilə bağlı süjeti izləyərkən göz yaşlarını saxlaya bilməyib.