AZ

Paris Olimpiadasında ilk dopinq hadisəsi qeydə alınıb

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl ilk dopinq faktı aşkarlanıb. O, iraqlı cüdoçudur.

SİA xəbər verir ki, iyulun 26-da “Paris-2024” Olimpiya Oyunları üçün açılış mərasiminin başlamasına bir neçə saat qalmış ilk dopinq hadisəsi müəyyən olunub. “Marca” iraqlı cudoçu Sajjad Sehenin testinin müsbət olduğunu açıqlayıb.

Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən iyulun 23-də Parisdə keçirilən testlərdə anabolik androgen steroid hesab edilən boldenon və metandienonun izlərini aşkar edilib. İraqlı cüdoçu mümkün apellyasiyaya qədər yarışdan kənarlaşdırılıb, o məşq də edə bilməz.

Sajjad Sehen “B nümunəsi”nin təhlilini tələb edə və ya İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. 81 kq çəki dərəcəsində mübarizə aparan iraqlı “Arena Champ-de-Mars”da 32-də bir finalda özbək Şərofiddin Boltaboyevə qarşı olimpiya turnirində iştirak etməli idi.

Seçilən
64
16
sia.az

10Mənbələr