AZ

Rusiya BMT-nin iclasında ABŞ-yə məsləhət verdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza ABŞ-yə dünya təşkilatı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi tövsiyə edib.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Söhbət Birləşmiş Millətlər Təşkilatının büdcəsinə 1 milyard dollardan çox olan dövlət borcunun ödənilməsindən gedir.

"Sizə dostcasına məsləhət: başqalarına mühazirə oxumazdan əvvəl, heç olmasa, BMT-yə töhfənizi ödəyin və təşkilatımızın humanitar səylərini ləngidən likvidlik böhranını təhrik etməyi dayandırın", - Nebenzya BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında vəziyyətlə bağlı iclasında qeyd edib.

QAZİLER.AZ

Seçilən
15
1
qaziler.az

2Mənbələr