Ermənistandan Rusiyaya idxal olan meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə artıqdır.
interpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb. Rosselxoznadzor bildirib ki, Ermənistandan Rusiyaya idxal olan meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə artıqdır.
Bəzi maddələr üzrə norma 5-8 dəfə artıq olub. Bundan əlavə, 2024-cü ildə idxal olunanların yarısı karantin fitosanitar nəzarətindən keçməyib.
Qeyd edilir ki, Ermənistandan gələn meyvə-tərəvəzin 90%-dən çoxu Rusiyaya gedir. Bunlar ərik, alma, pomidor və bibərdir.
Xuraman Etibarlı
İnterpress.az